Dəyişiklik loqları

Forum WWW.MEYDAN.AZ » Rəsmi xəbərlər » Dəyişiklik loqları
bor
bor[9] info
2025-12-28 13:46:07
• Ödəniş qəbzləri – Oyuna pul yüklədiyiniz zaman qəbz avtomatik olaraq qeydiyyat zamanı göstərdiyiniz e-poçt ünvanına göndərilir. (Gələcəkdə yarana biləcək problemlər üçün bu sizin rəsmi sübutunuzdur.)
• Küçələr – Bütün küçələr yenilənib və həm gecə, həm də gündüz versiyası hazırlanıb
• Zallar və Arena – Kompüter versiyasında şəkilli, mobil versiyada isə yazılı formatda tam fəaliyyətə başlayıb
• Reytinq cədvəli – Tamamilə yenidən hazırlanıb.
• Forum – Tamamilə yeni dizaynla yenidən qurulub.
• Ödəniş keçmişi – Artıq bütün ödənişlərinizi xüsusi bölmədən izləyə bilərsiniz.
• Oyunçu tarixçəsi – Aldığınız və satdığınız bütün əşyaların siyahısı burada görünəcək.
• 4 növ paltar sistemi – Tank, Güc, Çeviklik və İntuisiya dəstləri əlavə olunub. Cadugər dəsti isə oyun açıldıqdan sonra planlaşdırılır.
• Premium çat smaylikləri – Premium əldə etməklə yeni smayliklərdən istifadə etmək mümkün olacaq. Premium aylıq və ödənişlidir.
• Onlayn statistika – “Kim harada” bölməsi tam yenilənib və mobil uyğunluğu artırılıb.
• Döyüş Zalı — Ərizə bölməsi – Burada həm təkbətək oyuncularla, həm də Güclü, Orta və Zəif botlarla döyüşmək mümkündür.
• Təcrübə sistemi – Oyunun ilk mərhələlərində (Mağaralar istisna olmaqla) vurduğunuz hər zərbə qədər təcrübə qazanacaqsınız.
• Dəmirçi Şəbzül - Əlavə edilib . Siz burada bəzi resurslarla qeyd olunan silahları +1 +2 +3 +4 +5 gücləndirə biləcəksiniz.
• Hədiyyə mağazası - tam yenilənib və mobil uyğunluğu artırılıb.
• Xanlıq haqqında (infoları) - tam yenilənib.
• Təmir emalatxanası - tam yenilənib.
• Oyundan qızıl və dollar kimi digər pul vahidləri silinib yalnız Platin və manat fəaliyyət göstərir.
• Personaja ikinci şifrə hissəsi yaradılıb. Artıq personajınızı tam təhlükəsiz edə bilərsiniz.
• Şifrə sıfırlama - Personajı açdığınız zaman qeyd etdiyiniz e-mailə birbaşa olaraq şifrəniz və ikinci şifrənizi göndərə bilərsiniz o cümlədən bank hesab şifrənizidə yollaya bilərsiniz.
• Art mağaza - tam yenilənib.
• Möcüzə mağazası - tam yenilənib və resurs bölməsi əlavə edilib.
• Görünüşlər (obraz) - tam yenilənib.
• Resurs info - artıq hər bir resursun infolarını açaraq baxa bilərsiniz və resurs siyahısınıda görə biləcəksiniz.
• Poçt - Otağı tam yenilənib.
• Xanlıq yaratmaq - tam yenilənib.
• Mehmanxana - tam yenilənib.
• Ticarət Çarşısı - Bazar yaradılıb. Burada manat əşyalarını və manat resurslarınız digər qəhrəmanlara sata biləcəksiniz.
• Labaratoriya yaradılıb - Manat əşyalarını sandıq halında 30 günlük buradan yığa biləcəksiniz.
• Dərəcə (Rank) - Sistemi yaradılıb.
Giriş etməmisiniz
2006-2026 Meydan.az