Qüdrət Haqqında Məlumat
Qüdrət — döyüşlər zamanı qazandığınız xüsusi bir xaldır.
Onu oyun daxilində pul vahidi kimi düşünə bilərsiniz.
Qüdrət nə üçün istifadə olunur?
• 11-ci mərhələdən sonra Qəhrəman Sıfırlama Otağında əsas ödəniş vahididir.
• Hədiyyə Dükanından hədiyyə alaraq digər qəhrəmanlara göndərə bilərsiniz.
• Laboratoriya bölməsində qüdrət olduqca vacibdir və ən çox istifadə olunan resurslardan biridir.
Əlavə Məlumat
Hər həftə Bazar günü saat 23:59-da bütün personajların qüdrəti sıfırlanır.
Yeni həftə ərzində qüdrəti yenidən toplamağa başlayırsınız.
Sıfırlanma zamanı ən çox qüdrətə sahib olan ilk 3 oyunçuya VIP statusu verilir:
🥇 1-ci yer — 3 gün VIP
🥈 2-ci yer — 2 gün VIP
🥉 3-cü yer — 1 gün VIP
Qüdrətin bol olsun! 😁