Təcrübəylə bağlı açıqlama.

Forum WWW.MEYDAN.AZ » Rəsmi xəbərlər » Təcrübəylə bağlı açıqlama.
bor
bor[10] info
2026-01-04 14:49:35
Təcrübə – Optlarla bağlı son açıqlama

Əziz həmvətənlilərim, hörmətli personajlar.

Artıq bu yazını sizinlə paylaşmağa məcbur qaldım. Davamlı olaraq “faizi qaldır, faizi qaldır” deyə yazırsınız. Amma hara qədər? Niyə qaldırmalıyıq? Heç bunu düşünübsünüzmü?

Personajın sağında +1 göründükdən sonra, oyunda ona aid edilən heç bir əlavə məzmun yoxdursa, biz nə etməliyik? Barmaq yalayıb baxaq? Yoxsa ekrana gözümüzü dikib gözləyək?

Xahiş edirəm, bir az məntiq. Sizi qınamıram. Çünki indiyə qədər çıxan bir çox Azərbaycan RPG-ləri bu janrın mahiyyətini zəiflətdi. Yuxarı level, yuxarı zərbə anlayışına öyrəşdiniz və RPG tarixinin əsaslarını unutdunuz.

İnsanlar illərdir, təxminən 20 ildir ki, 11-ci mərhələ üzərində oynayır: mağara edir, runa çıxarır və müxtəlif fəaliyyətlərlə məşğul olur. Amma siz level məsələsinə görə məndən davamlı yeni işlər tələb edirsiniz və bu da mövcud planların yarımçıq qalmasına səbəb olur.

Siz 10 olursunuz – işimi saxlayıb 10 üçün nəsə edirəm.
11 olursunuz – bu dəfə 11 üçün nəsə etmək borcunda qalıram.
Amma bu, düzgün yanaşma deyil.

Unutmayın: oyunda mərhələ sonsuz deyil. Maksimum mərhələ 12-dir.
11-ci mərhələ isə hazırda dondurulmuş mərhələdir.

Hörmətlə.

Giriş etməmisiniz
2006-2026 Meydan.az