Форум WWW.MEYDAN.AZ » Жалобы » Şikayətlər
Автор Тема: Şikayətlər
  0 / -0    написано: 2024-03-28 01:44:20 

Qanun keşikçiləri öz vəzifələrini icra edərkən hər hansı bir döyüşçüyə qarşı yanlış cəza tətbiq edərsə, şəxsiqərəzlilik və ya prinsip aparıbsa, o zaman döyüşçünün haqqı var ki, sübutlu şəkildə (“Print Screen” ilə) istənilən qanun keşikçisindən şikayət ərizəsi yazsın. Qanun pozuntusu zamanı döyüşçü mütləq “Print Screen”in köməyi ilə qanun pozuntusunu sübut edəcək “screen”i hazırlamalıdır və şikayət ərizəsinə əlavə etməlidir.

“Printscreen”dən necə istifadə etməli?


Ekranı lazım olan görüntü üzərində saxlayaraq klaviyaturada “PrintScreen” düyməsini basaraq şəkili müvəqqəti yaddaşa yazırsınız və daha sonra hər hansı qrafik redaktə proqramını açaraq siçanın sağ düyməsindəki menyudan “Paste” (Вставить, köçür) və ya klaviyaturalarda “Ctrl+v” kombinasiyasını basaraq həmin proqramın boş səhifəsinə əlavə edə bilərsiz. Daha sonra hazırladığınız rəsmi həmin proqramda “Save as” (Сохранить как, yükləmək) menyusunun koməkliyi ilə JPG və ya JPEG qrafik formatlarından birini seçərək daimi yaddaşda saxlaya bilərsiniz.

“Screen”i hazırlamaq üçün ən rahat və asan qrafik redaktə proqramı “Paint”dir.

Bunun üçün sadəcə olaraq Microsoft Windows əməliyyat sistemi altında işləyən bütün kompyuterlərdə Пуск -->> Программы -->> Стандартные -->> Paint ardıcıllığından və ya en tez ardıcıllıq Start (Пуск) -->> Run (Выполнить) -->> mspaint yazaraq “Paint” proqramını aça bilərsiniz.


Ərizənin tərtib edilmə qaydaları:

1. Şikayətçi olduğunuz qanun keşikçisinin ləqəbi.
2. Həmin qanun keşikçisinin keçid linki.
3. Sizə tətbiq olunmuş cəza və səbəbi.
4. E-mail ünvanınız.
5. Şikayətin məğzi.

Hazırlanmış “Screen”ləri isə laws@meydan.az elektron ünvanına göndərin. Məktubun mövzusuna “Screen” yazısını və döyüşçünün ləqəbini qeyd edin.

Ərizə nümunəsi:

1. Incognito.
2. https://meydan.az/info.php?log=Incognito.
3. Молчит еще 14 мин.. 56 сек..
Причина: 3.6 Çatın alqı-satqı (Торговля) hissəsində “alıram”, “satıram” və yaxud “dəyişirəm” tipli yazılardan başqa digər (xüsusi icazəsi olmayan) bütün söhbət.
4. laws@meydan.az.
5. Qanun keşikçisi ilk dəfə xəbərdarlıq etmədən dərhal susma cəzasını tətbiq etdi.



DİQQƏTLİ OLUN!

Əgər hazırladığınız ərizə yuxarıda göstərilmiş şərtlərdən hər hansı birinə uyğun gəlməzsə ərizə ləğv olunacaq!



Вы не авторизованы