WWW.MEYDAN.AZ Şikayətlər
: Şikayətlər
  0 / -0    : 2024-03-28 01:44:20 

Qanun keşikçiləri öz vəzifələrini icra edərkən hər hansı bir döyüşçüyə qarşı yanlış cəza tətbiq edərsə, şəxsiqərəzlilik və ya prinsip aparıbsa, o zaman döyüşçünün haqqı var ki, sübutlu şəkildə (Print Screen ilə) istənilən qanun keşikçisindən şikayət ərizəsi yazsın. Qanun pozuntusu zamanı döyüşçü mütləq Print Screenin köməyi ilə qanun pozuntusunu sübut edəcək screeni hazırlamalıdır və şikayət ərizəsinə əlavə etməlidir.

Printscreendən necə istifadə etməli?


Ekranı lazım olan görüntü üzərində saxlayaraq klaviyaturada PrintScreen düyməsini basaraq şəkili müvəqqəti yaddaşa yazırsınız və daha sonra hər hansı qrafik redaktə proqramını açaraq siçanın sağ düyməsindəki menyudan Paste (, köçür) və ya klaviyaturalarda Ctrl+v kombinasiyasını basaraq həmin proqramın boş səhifəsinə əlavə edə bilərsiz. Daha sonra hazırladığınız rəsmi həmin proqramda Save as ( , yükləmək) menyusunun koməkliyi ilə JPG və ya JPEG qrafik formatlarından birini seçərək daimi yaddaşda saxlaya bilərsiniz.

Screeni hazırlamaq üçün ən rahat və asan qrafik redaktə proqramı Paintdir.

Bunun üçün sadəcə olaraq Microsoft Windows əməliyyat sistemi altında işləyən bütün kompyuterlərdə -->> -->> -->> Paint ardıcıllığından və ya en tez ardıcıllıq Start () -->> Run () -->> mspaint yazaraq Paint proqramını aça bilərsiniz.


Ərizənin tərtib edilmə qaydaları:

1. Şikayətçi olduğunuz qanun keşikçisinin ləqəbi.
2. Həmin qanun keşikçisinin keçid linki.
3. Sizə tətbiq olunmuş cəza və səbəbi.
4. E-mail ünvanınız.
5. Şikayətin məğzi.

Hazırlanmış Screenləri isə laws@meydan.az elektron ünvanına göndərin. Məktubun mövzusuna Screen yazısını və döyüşçünün ləqəbini qeyd edin.

Ərizə nümunəsi:

1. Incognito.
2. https://meydan.az/info.php?log=Incognito.
3. 14 .. 56 ..
: 3.6 Çatın alqı-satqı () hissəsində alıram, satıram və yaxud dəyişirəm tipli yazılardan başqa digər (xüsusi icazəsi olmayan) bütün söhbət.
4. laws@meydan.az.
5. Qanun keşikçisi ilk dəfə xəbərdarlıq etmədən dərhal susma cəzasını tətbiq etdi.



DİQQƏTLİ OLUN!

Əgər hazırladığınız ərizə yuxarıda göstərilmiş şərtlərdən hər hansı birinə uyğun gəlməzsə ərizə ləğv olunacaq!