Məbəd - Runa

bor
bor[11] info Xanlıq Dark
2026-01-29 11:01:55
Zindan Girişi bölməsində yerləşən tapşırıqlara daxil olaraq Xüsusi Tapşırıqlar arasından Məbəd tapşırığını qəbul edə bilərsiniz.
Təxmini hesablamalara əsasən, aktiv oyun zamanı 7 gün ərzində Məbədi açmaq mümkün olacaq.

🔮 Məbəd nə üçündür?

Məbəd sistemində Kraftlarınızı əridərək təsadüfi runalar əldə edəcəksiniz.

3 ədəd kraft → 1 səviyyə runa

Runalar adlarına görə klasslara uyğunlaşdırılıb:

🟥 Güc Runası – Nerzak
🟦 Tank Runası – Threx
🟩 Çeviklik Runası – Varok
🟨 Kritik Runası – Krelthar

Gələcək yeniləmələrdə runaları Çarşı sistemi vasitəsilə satmaq mümkün olacaq.

⚙️ Runa Sistemində Yenilik

Artıq runalar üzərinizdə olan əşyalara uyğun dizayn edilib.
Yəni:

Tapdığınız runanı bütün əşyalara tikmək mümkün deyil

Əgər runa şalvar üçün nəzərdə tutulubsa, yalnız şalvara tikilə bilər

Silah runaları isə bütün silah növlərinə tikilə bilər
(Qalxan istisnadır)

🏛️ Məbəd Səviyyə Sistemi

Məbəddə tapdığınız hər 1 runa, Məbədinizə +1 səviyyə qazandırır.
Bu sistem xüsusilə 2-ci səviyyə runalar üçün böyük əhəmiyyət daşıyır.

📌 Gələcəkdə:

3 ədəd 1-ci səviyyə runa → 1 ədəd 2-ci səviyyə runa

📊 Runa Səviyyələri

Hal-hazırda runa satışı aktiv deyil və mövcud səviyyələr bunlardır:

Orta – O

Yüksək – Y

Unikal – U

🔓 4-cü səviyyə runa isə satışa çıxarılacaq:

Luks – L

⚠️ Qeyd

Oyuna sadəcə oyun kimi baxanlar unutmasın ki, bu layihə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyatdan keçmişdir.

Oyunun davamlı qalması üçün aylıq xərclər və ödənişlər mövcuddur.
Təəssüf ki, burası Sədərək və ya Binə deyil — keyfiyyətin və davamlılığın da bir dəyəri var.


Luks – L Runaların qiyməti təyin edildi. 1 Ədəd runa L 33 manat təşkil edir. ( ÀÂÒÎÐ: bor - 03.02.2026-21:07:05 )

Black_Shadow
Black_Shadow[11] info Xanlıq DarK CLan
2026-02-07 09:43:18
Çox sağolun mümkünsə bacarıq mövzusuna baxarsiz çünki Runa tikmək olmur.
Black_Shadow
Black_Shadow[11] info Xanlıq DarK CLan
2026-02-07 07:58:02
Runaları sökmək haqqında məlumat verə bilərsiz mümkünsə?

0 💴 qarşılığında sökə bilərsiniz . Təmir Emalatxanasında - Mərkəzi meydanda yerləşir ( ÀÂÒÎÐ: bor - 07.02.2026-08:32:30 )

Giriş etməmisiniz
2006-2026 Meydan.az